Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir A.Tağıyeva /
Aramsız yağan yağışlar nəticəsində Türkiyənin Hatay şəhərindəki aeroportun uçuş-eniş zolağını su basıb. Trend-in məlumatına görə, bu barədə "Habertürk" qəzeti xəbər verir.
Bununla əlaqədar yaxın bir neçə gün ərzində bütün reyslər təxirə salınıb. Şəhər hakimiyyəti aeroporta yaxın ərazilərdə yağış sularının çəkilməsi üçün işlər aparır.