...

Tacikistanda terror aktı nəticəsində prokuror yaralanıb

Dünya xəbərləri Materials 24 İyul 2012 12:37 (UTC +04:00)
Dünən axşam Tacikistanın Xoroq şəhərində törədilən terror aktı nəticəsində Dağlıq Bədəxşan Muxtar Vilayətinin Rişən rayonunun prokuroru Nafasbek Dilşodov ağır yaralanıb.
Tacikistanda terror aktı nəticəsində prokuror yaralanıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Dünən axşam Tacikistanın Xoroq şəhərində törədilən terror aktı nəticəsində Dağlıq Bədəxşan Muxtar Vilayətinin Rişən rayonunun prokuroru Nafasbek Dilşodov ağır yaralanıb. Bu barədə Trend "Asia-Plus"a istinadən xəbər verir.

Tacikistanın hüquq-mühafizə orqanlarındakı mənbənin AP agentliyinə verdiyi məlumata görə, prokurorun maşını partladılıb. Prokurorla yanaşı, onun adı açıqlanmayan yol yoldaşı da yaralanıb. Hazırda onların hər ikisi ağır vəziyyətdə xəstəxanadadırlar.

Xəbər lenti

Xəbər lenti