...

Yerevan Budapeştdə təkmilləşmə kursu keçən polis zabitlərini geri çağırır

Dünya xəbərləri Materials 3 Sentyabr 2012 13:21 (UTC +04:00)
Yerevan polisi ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə Budapeştdə Beynəlxalq Mühafizə Orqanları Akademiyasında təkmilləşmə kursu keçən 10 zabiti geri çağırır.
Yerevan Budapeştdə təkmilləşmə kursu keçən polis zabitlərini geri çağırır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Yerevan polisi ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə Budapeştdə Beynəlxalq Mühafizə Orqanları Akademiyasında təkmilləşmə kursu keçən 10 zabiti geri çağırır.

Trend-in məlumatına görə, "Novosti-Armeniya" xəbər verir ki, Ermənistan Polisinin rəisi Vladimir Qasparyan ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Heffernə məktub göndərib. O, məktubda Heffernə təkmilləşmə kurslarının təşkilində səylərinə görə təşəkkür erdib və qeyd edib ki, erməni zabitlər Budapeştdə qala bilməzlər.

Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sarkisyan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə Macarıstanla diplomatik münasibətlərin və bütün rəsmi əlaqələrin dayandırıldığını bəyan etmişdi.

Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov cümə günü Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.

Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti