...

İranda "Qara Əqrəb" ləqəbli şəxs edam olunub

Dünya xəbərləri Materials 11 Sentyabr 2012 09:38 (UTC +04:00)
Bu gün səhər İranın paytaxtı Tehranın Savalan meydanında "Qara Əqrəb" ləqəbli şəxs əhalinin gözü qarşısında edam olunub.
İranda "Qara Əqrəb" ləqəbli şəxs edam olunub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın paytaxtı Tehranın Savalan meydanında "Qara Əqrəb" ləqəbli şəxs əhalinin gözü qarşısında edam olunub. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, Sadiq Muradi adlı bu şəxs Tehran əyalətinin 79 saylı məhkəməsinin qərarı ilə edama məhkum olunub. O, 2008-ci ildə Tehran şəhərinin cənubunda bir qadını oğurlamağa cəhd edərkən polis tərəfindən yaxalanmışdı.

2009-cu ildə isə 30-dan çox qadın və qıza qarşı zor tətbiq etməkdə, zorlamaqda, onların mallarını oğurlamaqda ittiham olunaraq edama məhkum olunmuşdu.

Apelyasiya məhkəməsi onun edam hökmünü həbs qətimkana dəyişsə də, sonradan Muradi İran KİV-lərinin səs-küyü və hadisə qurbanlarının etirazına görə 2011-ci ildə Tehran məhkəməsinin qərarı ilə yenidən edama məhkum olunub.

Xəbər lenti

Xəbər lenti