...

Gürcüstanın Azərbaycandakı səfirliyində parlament seçkilərinə səsvermə keçirilir

Dünya xəbərləri Materials 1 Oktyabr 2012 10:33 (UTC +04:00)
Yeddi minə yaxın Gürcüstan vətəndaşı ölkəsinin Bakıdakı səfirliyində açılmış seçki məntəqəsində parlament seçkilərinə səs verir.
Gürcüstanın Azərbaycandakı səfirliyində parlament seçkilərinə səsvermə keçirilir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Yeddi minə yaxın Gürcüstan vətəndaşı ölkəsinin Bakıdakı səfirliyində açılmış seçki məntəqəsində parlament seçkilərinə səs verir. Bu barədə Trend-ə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

"Seçki məntəqəsi oktyabrın 1-də səhər saat 8-də açılıb. Azərbaycanda işləyən və yaşayan yeddi minə yaxın Gürcüstan vətəndaşı gözlənildiyi kimi bu gün səfirlikdə səs verəcək", - mətbuat xidmətinin məlumatında deyilir.

Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri başlayıb. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq. Seçicilərin 1/3-i səs verəcəyi halda seçkilər baş tutmuş hesab olunacaq.

Xəbər lenti

Xəbər lenti