...

Qəzza sektorunda atəşkəs elan olunub

Dünya xəbərləri Materials 22 Noyabr 2012 03:13 (UTC +04:00)
İsrail höküməti və HƏMƏS qruplaşmasının razılaşmasına görə, çərşənbə günü yerli vaxtla 21.00-dan etibarən Qəzza sektorunda atəşkəs elan olunub.
Qəzza sektorunda atəşkəs elan olunub

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

İsrail höküməti və HƏMƏS qruplaşmasının razılaşmasına görə, çərşənbə günü yerli vaxtla 21.00-dan etibarən Qəzza sektorunda atəşkəs elan olunub.

Trend-in məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Məhəmməd Əmr ABŞ dövlət katibi Hillari Klintonla birgə mətbuat konfransında bildirib.

Klinton, ABŞ-ın Qəzza sektorunda atəşin kəsilməsini alqışlayıb. "ABŞ İsrailin təhlükəsizliyinə və Qəzzada yaşayan insanların şəraitinin yaxşılaşdırılması namınə fəaliyyətini davam edəcək. İsrail-Fələstin münaqişəsinin birdəfəlik həll olunmasının və regionda sülhün alternativi yoxdur", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti