...

Tbilisi aeroportu “Ded Hasan”ın cənazəsinin olduğu təyyarəni qəbul etməyib

Dünya xəbərləri Materials 19 Yanvar 2013 13:43 (UTC +04:00)
Aslan Usoyanın (Ded Hasan) ailəsi Gürcüstan hakimiyyətini dünən Moskvada öldürülmüş kriminal avtoritetin cəsədi olan təyyarəni Tbilisi aeroportunun qəbul etməməsində günahlandırıb.
Tbilisi aeroportu “Ded Hasan”ın cənazəsinin olduğu təyyarəni qəbul etməyib

Gürcüstan, Tbilisi, 19 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Aslan Usoyanın (Ded Hasan) ailəsi Gürcüstan hakimiyyətini dünən Moskvada öldürülmüş kriminal avtoritetin cəsədi olan təyyarəni Tbilisi aeroportunun qəbul etməməsində günahlandırıb.

Trend-in məlumatına görə, "Rustavi-2" xəbər verir ki, Usoyanın Tbilisidə olan qohumları Gürcüstan hakimiyyətinin məhz daxili işlər naziri İrakli Qaribaşvilinin şəxsində Moskvadan gələn təyyarəni qəbul etmək barədə sərəncam verdiyini bəyan ediblər.

Teleşirkətin məlumatına görə, hazırda Usoyanın arvadı və qızı Tbilisidə yaşayır. Ailəsi mərhumun Kukiya qəbristanlığında, valideynlərinin yanında dəfn edilməsini arzu edib. Onun digər ailə üzvləri isə Rusiyada yaşayır.

Bu arada Tbilisi Beynəlxalq Aeroportu "Ded Hasan" ləqəbi ilə tanınan kriminal avtoritetin cənazəsini Gürcüstana gətirən təyyarəni qəbul etməkdən imtina etməsinə dair məlumatı şərh etmir. Aeroportdan jurnalistlərə bu məlumatın məxfi xarakter daşıdığını bildiriblər. Çünki o xüsusi reyslə bağlıdır.

"Məlumdur ki, söhbət çarter reysindən gedir. Biz isə xüsusi reyslərə dair məlumat vermirik. Təyyarə xüsusi şəxs tərəfindən icarəyə götürülüb və aeroport onun məxfiliyini təmin edir", - Tiflis Beynəlxalq Aeroportunun mətbuat xidmətindən deyiblər.

Rusiya KİV-inin informasiyasına əsasən, Aslan Usoyanın cəsədi Moskvanın "Vnukovo-3" aeroportundan uçan xüsusi reyslə Gürcüstana çatdırılmalı idi. Təyyarədə Usoyanın ən yaxın adamları və mühafizəçiləri, 29 nəfər adam olub. Tbilisiyə uçarkən təyyarə yolüstü Donetskdə planlı eniş edib.

Ancaq Tbilisi aeroportu təyyarəni qəbul etməkdən imtina edib. Kriminal avtoritetin cənazəsinin olduğu təyyarə Donetskdə qalmağa məcbur olub. Avtoritetin Moskvada basdırılması haqqında qərarın qəbul ediləcəyi ehtimalı yüksəkdir.

Xatırladaq ki, "Ded Hasan" kimi məşhur olan Aslan Usoyan yanvarın 16-da Moskvada öldürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti