...

"Ded Hasan"ın cənazəsi Moskvaya qaytarılıb

Dünya xəbərləri Materials 19 Yanvar 2013 13:58 (UTC +04:00)
Moskvada qətlə yetirilmiş kriminal avtoritet Aslan Usoyanın tabutu Donetskdən geriyə, Rusiya paytaxtına qaytarılıb.
"Ded Hasan"ın cənazəsi Moskvaya qaytarılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Moskvada qətlə yetirilmiş kriminal avtoritet Aslan Usoyanın tabutu Donetskdən geriyə, Rusiya paytaxtına qaytarılıb. Buna səbəb Gürcüstan hakimiyyətini onu bu ölkənin ərazisində dəfn etməkdən imtina etməsi olub. Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Daha əvvəl Usoyanın qohumları onun bu ölkənin ərazisində basdırılmasına icazə verilməsi xahişi ilə Gürcüstan hakimiyyətinə müraciət ediblər", - "İnterfaks"ın müsahibi qeyd edib.

Bir gün əvvəl Usoyanın cənazəsi Donetskə aparılıb, oradan onun Gürcüstana çatdırılması planlaşdırılırdı, ancaq Gürcüstan hakimiyyəti dəfnə icazə verməyib.

"Bu gün Usoyanın cəsədi Moskvaya qaytarılıb, ehtimal ki, "Ded Hasan" Rusiya paytaxtındakı Danilov qəbiristanlığında dəfn ediləcək", - mənbə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti