...

Rövşən Lənkəranskinin Türkiyədə güllələnməsi barədə əlavə məlumatlar yayıldı

Dünya xəbərləri Materials 7 Fevral 2013 11:14 (UTC +04:00)
Kriminal avtoritet Aslan Usoyanın ("Ded Hasan") qətlinin sifarişçilərindən biri olduğu güman edilən şəxs İstanbulda güllələnib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİA Novosti "İzvestiya" qəzetinə istinadən xəbər verir.
Rövşən Lənkəranskinin Türkiyədə güllələnməsi barədə əlavə məlumatlar yayıldı

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Kriminal avtoritet Aslan Usoyanın ("Ded Hasan") qətlinin sifarişçilərindən biri olduğu güman edilən şəxs İstanbulda güllələnib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİA Novosti "İzvestiya" qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, Rusiyada ən nüfuzlu "qanuni oğru" olan Usoyan yanvarın 16-da Moskvanın mərkəzindəki Povarski küçəsində atışma zamanı yaralanıb, daha sonra xəstəxanada vəfat etmişdi.

"Türkiyədə possovet məkanında cinayət aləminin "patriarxı" Aslan Usoyanın qətlinin ən çox ehtimal olunan sifarişçilərindən biri, "qanuni oğru" Rövşən Caniyev (Rövşən Lənkəranski) güllələnib", - xüsusi xidmət orqanındakı mənbə qəzetə bildirib.

Qəzetin məlumatına görə, Caniyevə qarşı qəsd fevralın 1-də İstanbulda baş verib. Onu çoxsaylı mühafizəçilər müşayiət etsələr də, qatillər Caniyevə də, onun cangüdənlərinə də atəş açıblar.

Fevralın 5-də "avtoritet" güllə yaralarından xəstəxanada keçinib.

Xüsusi xidmət orqanları hesab edirlər ki, Caniyevin qətlinin arxasında "Ded Hasan"ın klanından olan qisasçıların deyil, əlverişli vəziyyətdən faydalanaraq özünün bütün rəqiblərini aradan qaldıran başqa nüfuzlu "qanuni oğru" Merab Canqveladze (Merab Suxumski) dayana bilər.

Qəzetin məlumatına görə, hazırda rusiyalı xüsusi xidmət orqanları bu məlumatın rəsmən təsdiqlənməsi üçün Türkiyə polisinə sorğu göndərməyə hazırlaşır. Mənbə bildirib ki, qətlin təhqiqatı Türkiyədə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti