...

Bidzina İvanişvili "Gürcü arzusu" partiyasının fəxri sədri seçilib

Dünya xəbərləri Materials 16 Fevral 2013 16:49 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili "Gürcü arzusu" partiyasının fəxri sədri seçilib. Trend-in məlumatına görə, partiyanın qurultayında çıxış edən İvanişvili bildirib ki, əgər hazırki Konstitutsiyadakı çatışmazlıqlar olmasa idi, o, partiyanın sədri seçilə bilərdi.
Bidzina İvanişvili "Gürcü arzusu" partiyasının fəxri sədri seçilib

Gürcüstan, Tbilisi, 16 fevral /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili "Gürcü arzusu" partiyasının fəxri sədri seçilib. Trend-in məlumatına görə, partiyanın qurultayında çıxış edən İvanişvili bildirib ki, əgər hazırki Konstitutsiyadakı çatışmazlıqlar olmasa idi, o, partiyanın sədri seçilə bilərdi.

"Bu Konstitutsiya mənə Fransa vətəndaşı kimi Baş nazir olmaq hüququ verir, amma Gürcüstan vətəndaşlığı vermir. Ona görə də mən bu gün partiyanın yalnız fəxri sədri seçilə bildim", o öz çıxışında bildirib.

İvanişvili ölkədə qanunçuluqun bərqərar olmasına çağırıb. O, qisasçılığa yol verməyəcəyini bildirsə də, adamlara qarşı zorakılıqda günahkar olanların hamısının qanun qarşısında cavab verəcəklərini vəd edib.

O bəyan edib ki, indi Konstitutsiya demokratik normalara uyğun vəziyyətə gətiriləcək və prezident lazımsız hüquqlardan, eləcə də diktatorun əsas hüququndan, yəni parlamenti və hökuməti buraxmaq hüququndan məhrum ediləcək.

O habelə qeyd edib ki, artıq Rusiya ilə münasibətlərin yoluna qoyulması gedir və bu yolda ilk addımlar atılıb. Baş nazir abxazların və osetinlərin Gürcüstana qayıtmalı olduqlarını və ölkədəki bütün xalqların birliyinin təmin olunması üşün şəraitin yaradılmalı olduğunu bildirib.

İvanişvili hökumətin gördüyü işlər barədə qısa hesabat verib. O, ölkənin inkişafı üşün 24 saat çalışdığını bildirib. "Gürcüstanda həqiqi inkişaf başlayacaq və Gürcüstan ayaq üstə duracaq", İvanişvili deyib və bütün verilən vədlərin 4 illik hakimiyyət dövründə yerinə yetiriləcəyinə söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti