...

Kipr qızıl ehtiyatlarının bir hissəsini satacaq

Dünya xəbərləri Materials 10 Aprel 2013 23:52 (UTC +04:00)
Kipr təxminən 400 milyon avro məbləğində qızıl ehtiyatlarının bir hissəsini satmağa razılıq verib. Bu barədə İTAR-TASS agentliyi xarici KİV-lərə istinadən məlumat verir.
Kipr qızıl ehtiyatlarının bir hissəsini satacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Kipr təxminən 400 milyon avro məbləğində qızıl ehtiyatlarının bir hissəsini satmağa razılıq verib. Bu barədə İTAR-TASS agentliyi xarici KİV-lərə istinadən məlumat verir.

Əldə olunmuş vəsaitlər hökumət tərəfindən beynəlxalq kreditorların "üçlüyü" (Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) ilə razılaşdırılıb və Kiprin anti-böhran proqramı fonduna gedəcək.

Ekspertlərin fikrincə, Kipr qızılın qiymətini nəzərə alaraq, təxminən 10.36 ton qiymətli metal satmaq niyyətindədir. Fevralın sonuna respublikanın qızıl ehtiyatı 13,9 ton məbləğində təşkil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti