Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə iqtisadiyyatın inkişafı üçün bütün imkanlardan istifadə edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın çıxışına istinadən "Anadolu" agentliyi xəbər yayıb.
Nazirin sözlərinə görə, ölkədə aparılan son islahatlar iqtisadiyyatın inkişafına güclü təkan verib.
Çağlayan, həmçinin bildirib ki, 2023-cü ilə qədər Türkiyə özünün avtomobil, təyyarə və helikopter istehsalını işə salmaq niyyətindədir
Nazir bildirib ki, bu il mayın sonunda Türkiyə Beynəlxalq Valyuta Fonduna olan borcunu tamamilə ödəyəcək.