Azərbaycan, Bakı, 24 aprel /Trend/
6 nəfərin güllələnməsində şübhəli bilinən şəxs Belqorod şəhərində polislər tərəfindən yaxalanıb, saxlama zamanı bir polis nəfəri yaralanıb. Bu barədə RİA Novosti agentliyi xəbər verir.
"Şübhəli şəxs yük qatarının içində mühasirəyə alınmış zonadan çıxmağa cəhd göstərərkən saxlanmışdır. Polis əməkdaşları onu tanıyıb və saxlamaq üçün müvafiq tədbirlər görüblər, bu zaman bir polis nəfəri bıçaqla yaralanıb ", - RİA Novosti agentliyi Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin nümayəndəsinə istinadən məlumat verir.