...

Mahaçqalada güclü partlayış olub, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 May 2013 14:48 (UTC +04:00)
Bu gün Mahaçqalanaın mərkəzində baş vermiş partlayış nəticəsində iki yeniyetmə ölüb, ikisi isə xəsarət alıb. Hadisə onlar qutunu açmaq istəyərkən baş verib. Ehtimala görə, bomba məhz həmin qutuda gizlədilibmiş. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi "RİA-Novosti"yə telefonla bildirib.
Mahaçqalada güclü partlayış olub, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 14:01-də yayılıb)

Azərbaycan, Bakı, 1 may /Trend/

Bu gün Mahaçqalanaın mərkəzində baş vermiş partlayış nəticəsində iki yeniyetmə ölüb, ikisi isə xəsarət alıb. Hadisə onlar qutunu açmaq istəyərkən baş verib. Ehtimala görə, bomba məhz həmin qutuda gizlədilibmiş. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi "RİA-Novosti"yə telefonla bildirib.

O qeyd edib ki, partlayış nəticəsində 15-16 yaşlı yeniyetmələr ölüb, onların yaşıdları olan iki nəfər isə yaralanıb və hazırda xəstəxanadadırlar.

"Çox güman ki, partlayıcı maddə yolun kənarındakı bağlamada və ya qutuda olub. Yaxınqlıqda dayanan yeniyetmələr onu qaldırıblar, bundan sonra isə partlayış baş verib" , - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti