...

Braziliya prezidenti etirazlar fonunda siyasi islahat üzrə plebisitə hazırdır

Dünya xəbərləri Materials 25 İyun 2013 04:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Braziliya prezidenti Dilma Russeff ölkədə hakimiyyətin siyasətinə qarşı kütləvi etirazların fonunda dərin siyasi islahata başlamaq üçün plebisitin keçirilməsinə hazır olması haqqında bəyanət verib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"İndi mən siyasi islahatın həyata keçirilməsi üzrə spesifik təsisedici prosesi həll edəcək xalq plebisitinin keçirilməsi haqqında məsələnin müzakirəsini təklif etmək istəyirəm", - ölkənin qubernatorları və şəhərlərinin merləri ilə görüşün gedişatında Russeffin bazar ertəsi deyilmiş sözlərini Latın Amerikalı KİV-lər gətirir.

Görüşdə etiraz edənlərin tələblərini təmin edən ölkənin inkişafı üzrə milli planın tədbirləri müzakirə edilib.

Braziliyada ictimai nəqliyyatda gediş haqqının 20 sentavo artımı kütləvi etirazlara səbəb olub.

Braziliyalılar həmçinin hökumətin siyasətindən, o cümədən, təhsilin və səhiyyənin kifayət etməyən maliyyələşdirməsindən narazıdır.

Braziliya nəşri olan Epocanın sorğusu göstərib ki, etiraz aksiyaları iştirakçılarının tələbləri indi bütovlükdə təxminən ölkənin 75% sakini dəstəkləyir.

Russeff həmçinin Braziliyanın ictimai nəqliyyat sisteminin inkişafına 25 milyard dollar qoymağa, eləcə də ictimai nəqliyyatın bəzi növləri üçün yanacağa qoyulmuş vergiləri azaltmağa hökumətin niyyəti haqqında bildirib.

Xəbər lenti

Xəbər lenti