Azərbaycan, Bakı, 2 iyul /Trend/
"Cənubi Qafqaz dəmiryolu" QSC-nin baş direktoru Viktor Rebets Tehrana səfəri çərçivəsində cənub dəmiryolunun tikintisinin perspektivlərini müzakirə edib. Bu barədə Trend çərşənbə axşamı "Mediamaks"a istinadən məlumat verir.
Xüsusilə, proqnozlaşdırılan yükdaşımaları və Erasx stansiyasının bazasında logistika mərkəzinin tikintisi imkanları müzakirə edilib.
Qeyd edək ki, 3 milyard dollar həcmində qiymətləndirilən "Ermənistanın cənub dəmiryolu" və "Ermənistanın cənub sürət yolu" layihilərinin işə salınması bu ilin yanvarında elan edilib. Həmin zaman "Cənubi Qafqaz dəmiryolu" QSC, Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi və "Rasia" şirkəti (BƏƏ) arasında üçtərəfli memorandum imzalanmışdı.