...

Yaraqlılar Əlcəzairlə sərhəddə Tunis ordusunun patruluna hücum ediblər, 8 hərbçi öldürülüb

Dünya xəbərləri Materials 30 İyul 2013 03:01 (UTC +04:00)
Ən azı 8 nəfər Tunis ordusunun hərbi qulluqçusu Əlcəzairlə sərhədin yaxınlığında dağlıq rayonunda yaraqlıların ordu patruluna hücumu nəticəsində bazar ertəsi həlak olublar.
Yaraqlılar Əlcəzairlə sərhəddə Tunis ordusunun patruluna hücum ediblər, 8 hərbçi öldürülüb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bazar ertəsi Əlcəzairlə sərhədin yaxınlığındakı dağlıq rayonda yaraqlıların ordu patruluna hücumu nəticəsində Tunis ordusunun ən azı 8 hərbi qulluqçusu həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Assoşieyted Press agentliyi məlumat verir.

"Bu dağlıq rayonda axtarış əməliyyatı keçirən bütün patrul dəstəsi məhv edilib", - Tunis Prezidenti Administrasiyasının nümayəndəsi Ədnan Manser agentliyə deyib. Agentliyin məlumatına görə, hərbçilər dağlarda yaraqlıların sığınacaq yerlərini axtararkən pusquya düşüblər.

Reyter agentliyinin məlumatına görə, Tunis Prezidenti Monsef Marzuki bazar ertəsi axşam ölkədə həlak olmuş hərbçilərə görə üçgünlük matəm elan edib.

Əlcəzair və Tunis arasında ümumi quru sərhəd 965 kilometr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti