Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E. Tariverdiyeva/
İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimini 200 xarici jurnalist işıqlandıracaq. Trend-in çərşənbə günü "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Mədəniyyət və İslam İstiqamətləndirmə Nazirliyinin Xarici Medialar Departamentinin rəhbəri Məhəmməd Nasir Həqiqət deyib.
Həqiqətin sözlərinə görə, Azərbaycan, Argentina, Almaniya, İspaniya, Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Türkiyə, Fransa və Livandan olan KİV nümayəndələri inauqurasiya mərasimini işıqlandıracaqlar.
Məlumata görə, Ruhaninin inauqurasiya mərasimini Trend Beynəlxalq İnformasiya Agentliyi, CNN Turk, Russia Today, SRS, NRK, NTV, Khazar TV telekanalları daxil olmaqla 94 xarici KİV işıqlandıracaq.