...

BMT TŞ-nin beş daimi üzvünün diplomatları Suriya üzrə görüşü başa vurublar

Dünya xəbərləri Materials 12 Sentyabr 2013 03:14 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri - beş üzvü (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin) Rusiyanın ümumdünya təşkilatının yanındakı Nyu-Yorkdakı nümayəndəliyində Suriyadakı vəziyyəti müzakirə edilən görüşü başa vurublar.
BMT TŞ-nin beş daimi üzvünün diplomatları Suriya üzrə görüşü başa vurublar

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri - beş üzvü (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin) Rusiyanın ümumdünya təşkilatının yanındakı Nyu-Yorkdakı nümayəndəliyində Suriyadakı vəziyyəti müzakirə edilən görüşü başa vurublar. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə məlumat verir.

Görüş yarım saat davam edib. Rusiya missiyasından çıxaraq, diplomatlar görüşü şərh etməkdən imtina ediblər.

Bundan əvvəl "üçlüyün" - ABŞ, Fransa və Böyük Britaniyanın görüşü baş tutduqdan sonra, həmin ölkələrin nümayəndələri Rusiyanın daimi nümayəndəliyinə gəliblər. Qarşıdakı əlaqələr barədə rəsmən heç kim jurnalistlərə bir məlumat verməyib.

Dünən Fransa ikitərəfli əsasda Suriya hökumətindən ultimativ şəkildə kimyəvi silahlara beynəlxalq nəzarətin təklifi ilə tələb etmə təklifi olan qətnamə layihəsinin müzakirəsinə başlayıb. Bununla belə qətnamə layihəsində Suriya hökuməti kimyəvi silahların tətbiqində ittiham olunur, halbuki, BMT-nin xüsusi ekspertlər qrupu avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahın tətbiqi barədə nəticələri hələlik təqdim etməyib.

Cenevrədə RF XİN rəhbəri Sergey Lavrovun və ABŞ dövlət katibi Con Kerri ilə Suriyadakı vəziyyəti müzakirə edilməsi üçün cümə axşamı görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti