Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E. Tariverdiyeva/
İranın nüvə danışıqları üzrə komandası "altılıq" ölkələri ilə danışıqların istiqamətini dəyişməyə cəhd edəcək. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün "Facebook" social şəbəkəsindəki səhifəsində xəbər yayıb.
Zərif yazıb: "Cenevrədə biz danışıqların gedişi zamanı yeni tendensiya barədə razılaşmağa və artıq altı il davam edən vəziyyəti dəyişməyə cəhd edəcəyik".
İran XİN rəhbəri vurğulayıb ki, İran və "altılıq" ölkələri arasında aparılan əvvəlki danışıq metodlarını qınamır. O əlavə edib ki, razılığa gəlməyin çətinliyini anlayır.
Zərif, o cümlədən əlavə edib ki, İranın nümayəndə heyəti "altılıq" ölkələri ilə görüşə hazırlıq məqsədilə Cenevrəyə gedir.
İran XİN rəhbəri razılığın əldə olunacağına və tərəflərin birgə qərar əldə olunmasına nail olmaq üçün yol xəritəsi hazırlaya biləcəklərinə ümid etdiyini bildirib.
Zərif bildirib: "Biz gözlərik ki, KİV-dəki dostlarımız bir neçə gün ərzində bizə sakit şəkildə danışıqlar aparmağa imkan verəcək və bu məsələ ilə bağlı yanlış məlumatlar yaymayacaqlar".