...

Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib

Dünya xəbərləri Materials 12 Fevral 2014 10:05 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib.
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib

Gürcüstan, Tbilisi, 12 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstan Prezidentinin Administrasiyasından xəbər verilib.

Səfər çərçivəsində Marqvelaşvilinin ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılıb.

Rəsmi görüşlərdən sonra Gürcüstan Prezidenti nümayəndə heyətinin üzvləri ilə Bakıda Fəxri xiyabana baş çəkərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edəcək.

Gürcüstan lideri Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğulların xatirəsini yad edəcək, "Əbədi məşəl" memorial abidəsinin önünə əklil qoyacaq.

Gürcüstan Prezidenti fevralın 13-də Azərbaycanın Qax rayonuna səfər edəcək və orada yerli gürcülərlə görüşəcək. Həmçinin Qəbələ şəhərində olacaq.

Səfər zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti