...

Əfqanıstanın şərqində taliblər 19 hərbçini öldürüblər

Dünya xəbərləri Materials 23 Fevral 2014 10:25 (UTC +04:00)
"Taliban" hərəkatının dəstəsi Əfqanıstanın şərqindəki Kunar əyalətində bazar günü səhər tezdən hərbi bazaya hücum edib.
Əfqanıstanın şərqində taliblər 19 hərbçini öldürüblər

Azərbaycan, Bakı, 23 fevral /Trend/

"Taliban" hərəkatının dəstəsi Əfqanıstanın şərqindəki Kunar əyalətində bazar günü səhər tezdən hərbi bazaya hücum edib. 19 hərbçi həlak olub, daha yeddi nəfər əsir götürülüb. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Reuters agentliyi məlumat verir.

"Əfqanıstanın təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən ələ keçirdikləri hərbçiləri azad edilməsi məqsədilə əməliyyata başlayıblar", - vilayət qubernatorunun rəsmi nümayəndəsi Əbdül Qəni Müsamema bildirib.

Onun sözlərinə görə, hücum Pakistanla sərhədin yaxınlığındakı və çətinliklə gedilə bilən rayonda yerləşən hərbi bazaya olunub.

Xəbər lenti

Xəbər lenti