Azərbaycan, Bakı, 3 mart /Trend/
Ukraynaya ATƏT-in demokratik institutlar və insan haqları üzrə nümayəndəliyinin missiyası göndərilməlidir. Trend-in bazar ertəsi "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ATƏT-də sədrlik edən İsveçrənin xarici işlər naziri Didye Burkhalter deyib.
Onun sözlərinə görə, bu ölkədə baş verənlərə qiymət vermək üçün ATƏT-in əlaqələndirici qrupu təsis edilməlidir.
D.Burkhalter hadisələrin bütün iştirakçılarını ATƏT-in prinsiplərinə və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
O qeyd edib ki, bazar ertəsi Vyanada ATƏT-in daimi şurasının iclasında Ukraynadakı hadisələr müzakirə olunacaq.