...

Obama Suriyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

Dünya xəbərləri Materials 8 May 2014 06:20 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama çərşənbə günü bəyanatında bildirib ki, Suriyaya qarşı sanksiyaların müddətini bir il uzadır.
Obama Suriyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

Azərbaycan, Bakı, 8 may /Trend /

ABŞ prezidenti Barak Obama çərşənbə günü bəyanatında bildirib ki, Suriyaya qarşı sanksiyaların müddətini bir il uzadır. Bu barədə Trend RİA Novosti agentliyinə istinadəh məlumat verir.

Xüsusilə, bir sıra Suriya mallarının ixracına və geri ixracına qadağa uzanır, ABŞ suriyalı məmurlarının aşkar edə biləcək bir sıra aktivlərini almaqda davam edəcək. ABŞ prezidenti konqresə öz məktubunda bir daha Suriya hakimiyyətini kimyəvi silahı tətbiq edilməsində, terror təşkilatlarının dəstəkləməsində və qonşu Livanın daxili işlərinə qarışmasında yenidən ittiham edib.

BMT-nin məlumatına görə, Suriyada üçillik vətəndaş münaqişəsi nəticəsində təxminən 150 min nəfər həlak olub. ABŞ son vaxtlar hökumət qoşunları və ekstremistlər-islamçılar tərəfindən sıxışdırılan "orta" silahlı müxalifəti dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti