...

İraq ordusu Tikrit şəhərini azad edib

Dünya xəbərləri Materials 4 İyul 2014 23:55 (UTC +04:00)
İraq ordusunun nizami hissələri könüllülərinin dəstəyi ilə keçmiş İraq diktatoru Səddam Hüseynin doğma şəhəri Tikriti terror təşkilatı olan İŞİD quldurlarından azad ediblər.
İraq ordusu Tikrit şəhərini azad edib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İraq ordusunun nizami hissələri könüllülərinin dəstəyi ilə keçmiş İraq diktatoru Səddam Hüseynin doğma şəhəri Tikriti terror təşkilatı olan İŞİD quldurlarından azad ediblər. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.

Əməliyyatın uğurla həyata keçirilməsində həlledici rolu havadan hücum helikopterlərin dəstəyi olub. Düşmən Tiqr çayından şərqə doğru atılıb.

İraq hərbi komandanlığının nümayəndəsi Qasım Ətta mətbuat üçün bəyanatında bildirib ki, əməliyyat nəticəsində Tikrit şəhərinin yaxınlığındakı Əluca yaşayış məntəqəsi də azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti