...

BƏƏ tarixində ilk hərbi çağırışda 150 qadın orduya könüllü yazılıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2014 14:26 (UTC +04:00)
BƏƏ tarixində ilk dəfə orduya hərbi çağırış elan edilib.
BƏƏ tarixində ilk hərbi çağırışda 150 qadın orduya könüllü yazılıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

BƏƏ tarixində ilk dəfə orduya hərbi çağırış elan edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hərbi çağırış çərçivəsində 150 qadın könüllü olaraq orduya yazılıb.

Çağırışçıların ümumi sayı 7 mindən çox olub. Bu ölkədə hərbi xidmət 18-30 yaş arası kişilər üçün məcburidir, qadınlar üçün isə könüllüdür.

Qadınlar zərif cinsin nümayəndələrinin rəhbərliyi altında ayrıca düşərgələrdə hərbi xidmət keçirlər.

Orta məktəb məzunları 9 ay, orta məktəbi bitirmək haqqında diplomu olmayanlar isə 2 il hərbi xidmətdə olmalıdırlar. Qiymətləri yaxşı olan məzunlar universitetə tövsiyə oluna və hərbi xidmətdən möhlət hüququ ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti