...

Türkiyə prezidenti: Heç kim bu xalqın birliyini, bərabərliyini və qardaşlığını poza bilməz

Dünya xəbərləri Materials 10 Oktyabr 2014 01:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

"Allahın köməyi ilə heç kim bu xalqın birliyini, bərabərliyini və qardaşlığını poza bilməz. Bu barədə narahat olmaya bilərsiniz", - Ərdoğan bildirib. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

Türkiyə prezidenti Trabzona səfəri zamanı onu hava limanının çıxışında gözləyən xalqa müraciət edib.

Ərdoğan göstərilən diqqət və qayğıya görə, vətəndaşlara təşəkkürünü bildirərək, onları keçmiş Qurban bayramı ilə təbrik edib.

"Regionda baş verən son hadisələr, əlbəttə ki, bizim bayramımıza kölgə salıb ", - prezident deyib və heç nəyə baxmayaraq xalqla sonadək birlikdə olmağını vəd edib.

Xəbər lenti

Xəbər lenti