...

Türkiyənin eks-prezidenti: Biz hamımız diqqətli olmalıyıq

Dünya xəbərləri Materials 18 Oktyabr 2014 08:48 (UTC +04:00)
"Dünya böhranlarına baxmayaraq son 12 il ərzində ölkəmiz təxminən 5,5 faiz inkişaf edib. İndi daha üç-dörd faiz inkişafla, Türkiyəyə qarşısına qoyduğu məqsədlərə nail olmaq çox çətin olacaq. Bunun üçün hamımız daha diqqətli olmalıyıq", - Türkiyənin eks-prezidenti Abdulla Gül bildirib.
Türkiyənin eks-prezidenti: Biz hamımız diqqətli olmalıyıq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

"Dünya böhranlarına baxmayaraq son 12 il ərzində ölkəmiz təxminən 5,5 faiz inkişaf edib. İndi daha üç-dörd faiz inkişafla, Türkiyəyə qarşısına qoyduğu məqsədlərə nail olmaq çox çətin olacaq. Bunun üçün hamımız daha diqqətli olmalıyıq", - Türkiyənin eks-prezidenti Abdulla Gül bildirib. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Abdulla Gül universitetində dərs ilinin açılışında çıxış edərək siyasətçi bildirib ki, təhsil - Türkiyənin əsas problemidir.

Sabiq prezident qeyd edib ki, təhsil - vacib sahələrdən biridir və bununla o, daha çox maraqlanıb, eləcə də əvvəlki vəzifədə olarkən Türkiyənin demək olar ki, bütün universitetlərini ziyarət edib.

"Təhsil hər səviyyədə vacibdir, lakin burada universitetlərin xüsusi rolu var," - Gül deyib.

Abdulla Gül bildirib ki, respublikanın 100 illiyi ilə əlaqədar qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün iqtisadi artım olmalıdır, həmçinin qeyd edib ki, dünya az qala yeni soyuq müharibə astanasındadır.

Xəbər lenti

Xəbər lenti