...

ABŞ-da Ebola virusunun aşkar olunması üçün iki yeni test hazırlanıb və bəyənilib

Dünya xəbərləri Materials 26 Oktyabr 2014 06:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Yeni testlər Solt-Leyk-Sitidə yerləşən BioFire Defense şirkəti tərəfindən işlənib hazırlanmışdır. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Reuters agentliyi xəbər verir.

"Biz ABŞ və bütün dünyada Ebola virusunun erkən aşkar edilməsinin vacibliyini anlayırıq. Biz epidemiya zamanı virusun aşkarlanması üçün icazə verilmiş testlərin sayının artırılması məqsədilə bu cür şirkətlərlə sürətli templə əməkdaşlıq edəcəyik", - sanitar nəzarəti üzrə idarəsindən bildiriblər.

İndiyədək ABŞ-da Ebola virusindan liberiyalı Tomas Dunkan ölüb, onun müalicəsi zamanı tibb bacılarından biri virusa yoluxub. Hazırda Nyu-York şəhərində təxminən bir ay Qvineyada qalmış həkim Kreyq Spenser müalicə olunur. Həkimlərin sözlərinə görə, Spenser sabit vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti