...

Obamanı ölümlə hədələyən qadın 21 ay həbs cəzası aldı

Dünya xəbərləri Materials 19 Noyabr 2014 15:58 (UTC +04:00)
ABŞ məhkəməsi Prezident Barak Obamanı öldürəcəyi ilə hədələyən qadına 21 ay həbs cəzası verib.
Obamanı ölümlə hədələyən qadın 21 ay həbs cəzası aldı

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

ABŞ məhkəməsi Prezident Barak Obamanı öldürəcəyi ilə hədələyən qadına 21 ay həbs cəzası verib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Assoşieyted Press" agentliyinin məlumatına görə, Texas ştatının Hyuston şəhərinin sakini olan Deniz O`Nil adlı qadın federal məhkəmənin iclasında danışıb ki, 2013-cü ilin noyabrında "Teddy Bear Paradise" imzası ilə ABŞ Prezidentinin ünvanına təhdid məzmunlu məktub göndərib. Sonralar qadın xüsusi xidmət orqanlarının əməkdaşlarına özü Obamanı qətlə yetirə bilməyəcəyi halda qatil tutmaq niyyətində olduğunu deyib.

Agentliyin məlumatına görə, 56 yaşlı qadın avqust ayında günahkar olduğunu etiraf edib.

Qeyd edək ki, noyabrın əvvəlində B.Obama və birinci xanım Mişel Obamanın ünvanına təhdidə görə Merilend ştatının sakini məhkəməyə cəlb edilib. Məhkəmə sənədlərinə görə, Annapolisdən olan 42 yaşlı Kristofer Perkins O`Brayan Ağ Evin saytına ABŞ Prezidentinə və onun bütün ailə üzvlərinə bədən xəsarətləri yetirəcəyi barədə təhdidedici xəbərdarlıq göndərib. Təhdidlər, həmçinin B.Obamanın "İslam Dövləti" qruplaşması və "Ebola" virusu ilə bağlı fəaliyyətinə görə təhqirlərlə də müşayiət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti