Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Bu gün Rumıniyada göyərtəsində 10 sərnişinin olduğu hərbi helikopter qəzaya uğrayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, digər iki nəfər isə müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
Yaralılar hadisə yerindən təxliyə olunublar. Qəzanın səbəbləri araşdırılır.