...

Türkiyə və ABŞ 1915-ci il hadisələrini müzakirə ediblər

Dünya xəbərləri Materials 25 Noyabr 2014 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın bu ölkədəki səfiri Con Basso Ankarada 1915-ci il hadisələrini müzakirə ediblər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, görüş zamanı M.Çavuşoğlu bəyan edib ki, ABŞ-ın qondarma "erməni soyqırımı"nı gündəliyə çıxarması ikitərəfli əlaqələrə mənfi təsir edə bilər.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin təbliğatı nəticəsində bəzi ölkələrin parlamentləri 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti