Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Ermənistan Türkiyənin qondarma "erməni soyqırımı"nı tanıyacağını gözləməməlidir. Trend-in "Hurriyet Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin baş müşaviri Etyen Mahçupyan deyib.
Onun sözlərinə görə, Ermənistan və erməni lobbisi Türkiyənin 1915-ci ildəki hadisələri "soyqırım" kimi tanıması üçün hər cür səy göstərir: "Ankaranın 1915-ci il hadisələri ilə əlaqədar simvolik addımlar atacağı gözlənilir".
E.Mahçupyan əlavə edib ki, bir çox siyasi və tarixi məsələlər 2015-ci ildə həll ediləcək.