...

Belçika polisi Türkiyə vətəndaşını öldürüb

Dünya xəbərləri Materials 7 Yanvar 2015 20:05 (UTC +04:00)
Belçikanın Vervye şəhərində polisin açdığı atəş nəticəsində Cəmil Kaya adlı Türkiyə vətəndaşı dünyasını dəyişib.
Belçika polisi Türkiyə vətəndaşını öldürüb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belçikanın Vervye şəhərində polisin açdığı atəş nəticəsində Cəmil Kaya adlı Türkiyə vətəndaşı dünyasını dəyişib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, Türkiyənin Nevşehir vilayətinin sakini olub.

C.Kaya küçə ilə gedərkən üzərində bıçaq daşıdığı üçün ona müdaxilə edən polislə mübahisə edib.

Türkiyə vətəndaşının sinə nahiyəsindən vurulduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti