...

"AirAsia" təyyarəsinin yeni qalıqları və iki sərnişinin meyiti tapılıb

Dünya xəbərləri Materials 9 Yanvar 2015 11:03 (UTC +04:00)
İndoneziyanın “AirAsia Indonesia” şirkətinin avialaynerinin burun hissəsinin “Mahakarya Geo Survey” geodeziya gəmisi tərəfindən aşkar edilməsi haqqında informasiya təsdiqlənməsə də, dalğıclar bu yerdə başqa qalıqlar və qəzanın iki qurbanının oturacaqlara bağlanmış bədənlərini aşkar ediblər.
"AirAsia" təyyarəsinin yeni qalıqları və iki sərnişinin meyiti tapılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

İndoneziyanın "AirAsia Indonesia" şirkətinin avialaynerinin burun hissəsinin "Mahakarya Geo Survey" geodeziya gəmisi tərəfindən aşkar edilməsi haqqında informasiya təsdiqlənməsə də, dalğıclar bu yerdə başqa qalıqlar və qəzanın iki qurbanının oturacaqlara bağlanmış bədənlərini aşkar ediblər. Bunu axtarış qrupunun rəhbəri Məhəmməd Ağa Ridha Aldila bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

O deyib: "Cəsədlərin və təyyarənin xırda qalıqlarının aşkar olunduğu yerin ətrafında çoxlu sayda xırda köpək balıqları dolaşır".

Aldilanın sözlərinə görə, təyyarənin xırda qalıqları onun quyruq hissəsinin tapıldığı yerdən 1,5 kilometlik məsafədə dənizin 34 metr dərinliyində yerləşir.

Qeyd edək ki, dekabrın 28-də səhər "Airbus" təyyarəsi Surabaidən Sinqapura uçurmuş. Tezliklə təyyarə ilkin fəlakət siqnalı vermədən radarların ekranlarından itib. Təyyaradə 162 sərnişin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti