Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/
Kuba ötən gün ABŞ-la əldə edilmiş razılığa əsasən, 53 məhbusu azad edib.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, bu addım ABŞ-Kuba münasibətlərinin normallaşdırılması çərçivəsində atılıb.
Azad edilənlərin adları açıqlanmır. Ağ Ev keçmiş məhbuslar haqqında məlumatı Konqresə təqdim etdikdən sonra onların adları açıqlanacaq.
Bununla yanaşı, Vaşinqton bundan sonra da Havanadan siyasi məhbusların azad edilməsini tələb edəcək.