...

Terrorçu saxlanma şəraitindən narazıdır

Dünya xəbərləri Materials 11 Fevral 2015 18:21 (UTC +04:00)
Terrorçu Anders Breyvik Norveç hakimiyyətini məhkəməyə verməyə hazırlaşır.
Terrorçu saxlanma şəraitindən narazıdır

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Terrorçu Anders Breyvik Norveç hakimiyyətini məhkəməyə verməyə hazırlaşır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, terrorçu hesab edir ki, onun saxlanma şəraiti Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, o, 2011-ci il iyulun 22-də Osloda partlayış törətmişdi. Hadisə nəticəsində 8 nəfər ölmüşdü. A.Breyvikin Uteyya adasında törətdiyi atışmada isə 69 nəfər həlak olmuşdu.

O, 21 il həbs cəzasına məhkum edilib, lakin həbs müddəti qeyri-müəyyən müddətə uzadıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti