...

Ermənilər maaşlarını ala bilmirlər

Dünya xəbərləri Materials 16 Fevral 2015 18:20 (UTC +04:00)
Yerevanda eyni vaxtda iki etiraz aksiyası keçirilib.
Ermənilər maaşlarını ala bilmirlər

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Yerevanda eyni vaxtda iki etiraz aksiyası keçirilib. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, etirazçılar maaşlarının verilməsi tələbi ilə çıxış ediblər.

"Təmizlik Mərkəzi" QSC-nin əməkdaşları Yerevan meriyası qarşısına toplaşıblar. QSC-nin dekabrda ləğv edilməsi nəticəsində 315 əməkdaş işsiz qalıb.

Eyni zamanda, "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları hökumət binası önünə yığışıblar. Onlar da məvaciblərinin verilməsini tələb ediblər.

Zavodun 1700 işçisi fevralın 6-da işdən azad edilib. Ümumilikdə zavodda 478 işçi qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti