Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Azər Əsgərov/
"Ukrayna çox güman ki, bu il aprelin 1-dən Rusiya qazının idxalını tam dayandıracaq və ya kiçik həcmdə tədarük edəcək".
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu Ukraynanın energetika və kömür sənayesi naziri Vladmir Demçişin deyib.
O qeyd edib ki, Rusiya qazını Avropa qazından baha qiymətə almağın mənası yoxdur.