Azərbaycan, Bakı, 3 aprel /Trend/
Türkiyə polisi "İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi" (DHKP-C) terror təşkilatına qarşı ölkənin bir sıra vilayətlərində keçirdiyi əməliyyat zamanı 87 şübhəlini saxlayıb.
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata əsasən, son günlər İstanbulda bir neçə terror aktı törədilib və ötən gün polis bu şəhərdə antiterror əməliyyatlarına başlayıb.
Telekanalın məlumatına görə, əməliyyat zamanı İstanbulda Ədalət Sarayına, eləcə də polis məntəqəsinə silahlı hücumda şübhəli bilinən şəxslər saxlanılıb.