Azərbaycan, Bakı, 15 aprel /Trend/
Hillari Klintonun atasının məzarının başdaşısı yerə aşırdılmış vəziyyətdə tapılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məzar Pensilvaniya ştatının Skranton şəhərində yerləşir.
Polisin məlumatına görə, başdaşını vandallar aşırdıblar. Polis baş vermiş hadisəni araşdırır.
Qeyd edək ki, H.Klinton 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.