Azərbaycan, Bakı, 15 aprel /Trend/
Qahirənin "Əl-Məadi" Hərbi Hospitalındakı mənbə KİV-lərin Misirin sabiq prezidenti Hüsnü Mübarəkin vəfat etməsi barədə yaydığı məlumatları təkzib edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Bir qədər əvvəl "Fars" agentliyi sabiq dövlət başçısının 87 yaşında vəfat etdiyini bildirmişdi.
Hələlik rəsmi açıqlama yoxdur.