Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Gözlənilən yürüşlərlə əlaqədar olaraq, mayın 1-də İstanbul metrosu işləməyəcək. Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir.
Daha əvvəl Türkiyənin həmkarlar ittifaqları İstanbul meriyasına 1 may yürüşünün keçirilməsi üçün müraciət etmişdilər.
İstanbul meriyası Taksim meydanında yürüşün keçirilməsini qadağan edib və bu onunla izah edilir ki, meydanda belə yürüşlərin keçirilməsi üçün yer yoxdur.
Polis həmkarlar ittifaqların gözlənilən 1 may nümayişləri ilə əlaqədar İstanbulda Taksim meydanına girişi artıq bağlayıb.