...

Nyu-Yorkda keçirilən aksiyada 60-dan çox etirazçı saxlanılıb

Dünya xəbərləri Materials 30 Aprel 2015 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

ABŞ-da qaradərili gənc Freddi Qreyin polis tərəfindən öldürülməsindən sonra başlanan etiraz aksiyalarında 60 nəfər həbs edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Nyu-Yorkun "Union square" ərazisində (Manhettenin aşağı hissəsi) ötən gecə minlərlə insan küçəyə çıxaraq artıq bir neçə gündür Baltimor şəhərində keçirilən nümayişlərə dəstək ifadə edib.

Etirazçılar qaradərililərə qarşı irqçiliyi və polis zorakılığını pisləyən şüarlar səsləndiriblər.

Polislər yolların bağlanmasının qarşısını almağa və mitinq keçirənləri sıxışdırmağa çalışıb. Nümayişçilər nəqliyyatın hərəkətini dayandıran zaman polislə qarşıdurma yaranıb və onlarla şəxs ictimai asayişi pozmağa görə saxlanılıb.

Daha sonra Nyu-York polisinin sözçüsü aksiya zamanı 60-dan çox nümayişçinin saxlanıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti