...

İstanbulda dəniz reysləri təxirə salınıb

Dünya xəbərləri Materials 1 May 2015 10:00 (UTC +04:00)
Türkiyədə gözlənilən 1 may yürüşləri ilə əlaqədar olaraq, İstanbulda dəniz reysləri təxirə salınıb.
İstanbulda dəniz reysləri təxirə salınıb

Azərbaycan, Bakı, 1 may /Trend, Rufiz Hafizoğlu/

Türkiyədə gözlənilən 1 may yürüşləri ilə əlaqədar olaraq, İstanbulda dəniz reysləri təxirə salınıb.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, mayın 1-də İstanbul metrosu da işləməyəcək.

Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul Bələdiyyəsinə müraciət edib. Lakin şəhər rəhbərliyi onlara rədd cavabı verib. Cavabda Taksim meydanının bu cür tədbirlər üçün uyğun olmadığı bildirilib.

Polis artıq mitinq ehtimalı ilə Taksim meydanına giriş-çıxışı bağlayıb.

Qeyd edək ki, 2013-cü il mayın 31-də Taksim meydanında ticarət mərkəzinin tikintisinə başlanılıb, bundan sonra İstanbulda və Türkiyənin digər şəhərlərində aksiyalar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti