...

Türkiyənin Ədalət və İnkişaf Partiyası 43.9% səs yığıb

Dünya xəbərləri Materials 7 İyun 2015 23:09 (UTC +04:00)
İlkin məlumata görə Türkiyənin Ədalət və İnkişaf Partiyası 43.9% səs yığıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası 43.9% səs yığıb

Azərbaycan, Bakı, 7 oyun /Trend/

İlkin məlumata görə Türkiyənin Ədalət və İnkişaf Partiyası 43.9% səs yığıb. Bu barədə Trend TRT Haber telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, səsvermədə Respublika Xalq Partiyası (CHP) 24.2% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 17.1%, Xalqların Demokratik Partiyası (HDP) isə 10.5% səs toplayıb.

Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edəcək.

Seçkilərdə əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi hesab edilir.

Əgər müxalif Xalqların Demokratik Partiyası (HDP) parlamentə keçə bilsə, AKP koalisiya hökuməti yaratmalıdır. Bununla belə, HDP istisna olmaqla bütün siyasi partiyalar AKP ilə koalisiya hökumətinin yaradılmasının əleyhinədir.

AKP-nin daxili nizamnaməsinə əsasən, partiya seçkilərdə qalib gələrsə, hakim partiyanın indiki deputatlarının 70-dən çoxu yeni hökumətin tərkibinə daxil ola bilməz. AKP-nin daxili nizamnaməsinə görə, partiya deputatlarının parlamentə 3 müddətdən artıq seçilmək hüququ yoxdur.

Həmin deputatlar arasında Baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, sabiq ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn Çelik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu var.

2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti