...

Belarusda keçmiş hərbi poliqon yanır

Dünya xəbərləri Materials 16 İyun 2015 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Belarusun Brets əyalətində keçmiş hərbi poliqon yanır. Yanğın baş verən 100 hektarlıq sahədə 7 partlayış qeydə alınıb, xəsarət alan yoxdur. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti deyib.

Məlumatda deyilir ki, partlamamış döyüş sursatlarının olması və giriş yollarının olmaması yanğının söndürülməsini çətinləşdirib.

Yaranmış vəziyyətin qiymətləndirilməsi və monitorinqi üçün "Bellesavia" Mİ-2 vertolyotlarının hava patrulu həyata keçirilir.

Yaxınlıqda yerləşən meşəbəyiliklərdən 84 nəfər yanğının qarşısının alınmasına cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti