...

Türkiyənin sabiq naziri: Türkiyə türkcəsi AŞPA-nın rəsmi dillərindən biri olacaq

Dünya xəbərləri Materials 28 İyun 2015 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə türkcəsi AŞPA-nın rəsmi dillərindən biri olacaq. Bunu Trend-ə Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri, baş müzakirəçi Egemen Bağış deyib.

"Önümüzdəki ildən etibarən Avropa Şurası Parlament Assambleyasının yayımladığı bütün raportlar türk dilində də yayımlanacaq " - deyə o qeyd edib.

E.Bağış onu da əlavə edib ki, AŞPA komissiya iclaslarının sinxron tərcümələri türkcə də olacaq.

Qeyd edək ki, hazırda AŞPA-da rəsmi olaraq qurumun bütün sessiyaları ingilis və fransız dillərində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti