Azərbaycan, Bakı, 14 iyul /Trend/
"Altılıq"la sazişin imzalanması İranın inkişafında mühüm mərhələdir".
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu milli televiziyanın efirində çıxışı zamanı ölkə Prezidenti Həsən Ruhani deyib.
O, Ramazan ayının yaxşı xəbər gətirdiyini qeyd edib: "Bu Ramazan ayı bizə yaxşı xəbər gətirdi - saziş imzalandı. Bu gün biz İranın nüvə sənədi ilə bağlı dünya ölkələri ilə danışıqların davam etdiyi 12 illik tarixi başa çatdıran dövlətimizin inkişafının mühüm mərhələsindəyik".