Azərbacan, Bakı, 16 iyul /Trend/
Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Odessada qumar oyunları biznesini leqallaşdırmağı təklif edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hazırda Ukraynada bu biznes qanunsuzdur.
O bildirib ki, Kiyev və Odessada hüquq-mühafizə orqanlarının himayədarlıq etdiyi qanunsuz kazinolar var.
M.Saakaşvili hesab edir ki, belə biznesin leqallaşdırılması yerli büdcəyə gəlir gətirəcək.